İlham Əliyev: “Ermənilər bu tuneli partlatmaq istədilər” - VİDEO


"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə yenidən qurulacaq. Təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək". 

Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı deyib.
Birinci Vitse-prezident Mehriban Əliyevanın instaqram səhifəsində paylaşdığı videoda çıxış edən dövlət başçısı Sovet dövründə çəkilən, Kəlbəcərlə Laçını birləşdirən məşhur tuneldən də söz açıb:
"Bu da Sovet vaxtında inşa edilmiş məşhur tuneldir. 1958-ci ildə inşası başlayıb. Uzunluğu cəmi 200 metrdir. Bizim isə inşa edəcəyim tunellərin uzunluğu 5, 11 km-dir. Bu gün Azərbaycan buna qadirdir. Bu isə köhnədən qalan Kəlbəcərlə Laçını birləşdirən yeganə yoldur, artıq işıqlandırılıb. Ermənilər Kəlbəcərlə Laçını tərk edərkən, bu tuneli partlatmaq istədilər. Görün, bu adamlar nə qədər məkrli hisslərlə yaşayıblar. Amma alınmadı. Qaçaqaç idi, tələsirdilər".

DİGƏR XƏBƏRLƏR

Top