Rəsədxananın ətrafında yeni binaların tikilməsi astronomik müşahidələrə mənfi təsir göstərib - İçraçı direktor


Son illərdə Şamaxı rayonunda turizmin inkişafı, Rəsədxananın yaxın­lı­ğın­da yeni binaların tikilməsi, yolların çəkilməsi, süni işıq və tozlanma mənbələrinin artması nəti­cə­sin­də ŞAR-ın ərazisində astroiqlim şəraiti ciddi şəkildə pozulub. Bu da astronomik müşahidələrin keyfiyyətinə ciddi mənfi təsir göstərib.
Yeniavaz.com
"trend"ə istinadla xəbər verir ki, bunu Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib.
Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cə­li­lov isə ya­xın gələcəkdə ŞAR-da kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yer­­üstü poliqonlarda apa­rılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında at­mos­­fe­rin kim­yəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən moni­to­rin­qi­nin ke­­çi­ril­­mə­si, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi tədqiqat planlarına diqqət çəkib.
İclasda rəsədxananın mövcud teleskoplarının maddi-texniki bazasının möh­kəm­ləndirilməsi, avtomatlaşdırılması və onların müasir işıq qəbulediciləri ilə təmin edilməsi, həm­çi­nin Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yara­dıl­ma­sı və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top