ABŞ Əfqanıstandakı hərbçi sayını 6 minə çatdıracaq


"Hazırda ABŞ və müttəfiq heyətinin mülki və hərbi uçuşlarla Əfqanıstandan təhlükəsiz gedişini və Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək üçün bir sıra addımları tamamlayırıq".
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, növbəti 48 saat ərzində, bu səyləri asanlaşdırmaq və hava trafikinə nəzarəti ələ almaqdan ötrü təhlükəsizlik gücü təxminən 6000 əsgərə çatdırılacaq:
"Sabah və önümüzdəki günlərdə Əfqanıstanda yaşayan minlərlə Amerika vətəndaşını, habelə ABŞ-ın Kabildəki missiyasının yerli işçilərini və ailələrini və digər xüsusilə həssas Əfqanıstan vətəndaşlarını ölkədən köçürəcəyik. ABŞ-ın Xüsusi İmmiqrant Vizası almış minlərlə Əfqanlının təxliyəsini sürətləndirəcəyik, onlardan təxminən 2000 -ni son iki həftə ərzində ABŞ-a gəlib. Bütün kateqoriyalar üçün təhlükəsizlik yoxlamasından keçən Əfqanlar birbaşa ABŞ-a köçürülməyə davam edəcək. Bu vaxta kimi yoxlanılmayanlar üçün əlavə yerlər tapacağıq".

DİGƏR XƏBƏRLƏR

Top