Təyyarə ilə “Taliban”dan qaçmaq istəyən əfqanların GÖRÜNTÜLƏRİ


 “Taliban”dan qaçan insanlar, hərəkət edən təyyarədən yapışaraq ölkəni tərk etməyə çalışıblar.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan hava limanına axın edən əfqanların hərəkətdə olan təyyarədən yapışaraq qaçmağa çalışdıqları anlar kameralar tərəfindən qeyd edilib.
Videoda çox sayda əfqanın təyyarənin təkərləri və müxtəlif hissələrində oturaraq uçmağa cəhd etdiyi görülür.
Xatırladaq ki, bu gün Əfqanıstandan uçan ABŞ-a aid təyyarədən 2 əfqanın yüksəklikdən düşərək öldüyü görüntülər yayımlanmışdı.
Qeyd edək ki, 10 gündür şəhər mərkəzlərinə hücum edən və 31 əyaləti ələ keçirən “Taliban” nəhayət paytaxt Kabilə girərək prezident sarayını nəzarətə götürdü. Bu hadisələrdən sonra prezident ölkəni tərk etdi.


Aytac Xəlilova

DİGƏR XƏBƏRLƏR

Top