5 minə yaxın uşaq sosial reabilitasiyaya cəlb olunacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan daha bir layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, "Sağlamlıq imkanları məhdud uşaqların sosial reablitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" adlanan layihə üzrə Bakıda və ölkəmizin bölgələrində sosial reablitasiya mərkəzləri təşkil olunub.
Həmin mərkəzlərdə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqların reabilitasiyası həyata keçirilir, habelə bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.
Yeni layihə üzrə bu il 5 minə yaxın uşağın sosial reabilitasiyaya cəlb olunması nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top