
Əfqanıstan hökumətinin xüsusi təyinatlılardan ibarət Xüsusi Qüvvələr Korpusu ləğv edilib.
Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Xüsusi Qüvvələr Korpusu məlumat yayıb. Verilən məlumatlara görə, bütün şəxsi heyət işdən çıxarılıb, korpus isə tamamilə ləğv edilib.
Rəsmi xəbərdə bölmənin səhlənkarlığa yol vermədiyi və ölkə əhalisinin həyatını və əmlakını xilas etmək üçün lazım olan hər şeyi etdiyi də vurğulanıb.