Bölmə rəisi: “Türkiyədə yanğınların hamısı tam söndürüldü”


"Türkiyədə baş vermiş yanğınların söndürülməsi üçün Prezident İlham Əliyevin göstərişi əsasında qardaş ölkəyə ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bir qrupu bu gün ölkəyə qayıdıb. Digər qruplar isə quru yolu ilə Vətənə doğru yola çıxıb".
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bölmə rəisi Məhəmməd Xəlilli bildirib.
Onun sözlərinə görə, bu reyslə 165 nəfərlik şəxsi heyət gəlib: "Biz Türkiyənin Muğla şəhərində olmuşuq. 10 gün ərzində orada əlimizdən gələni etdik, yanğınlar hamısı tam söndürüldü. Ölkəmizi layiqincə təmsil etdik. Ümumilikdə 93 texnika, 736 nəfərlik şəxsi heyət yanğınların söndürülməsinə cəlb olunmuşdu. Dağlıq, meşəlik və çətin relyefli ərazi idi, amma öhdəsindən gələ bildik. Bu bizim üçün böyük təcrübə idi, həm də qardaş ölkə olduğundan qanımız bahasına olsa belə, xidmətimizi göstərməli idik. Bu, ölkə başçısının bizə tapşırığı idi. Yanğınsöndürmə işlərində türkiyəli mütəxəssislərlə birgə işlədik. Yanğınların söndürülməsində xəsarət alanımız olmayıb".

DİGƏR XƏBƏRLƏR

Top