Elmar Qasımovun yığmaya qaytarılması xəbəri haqda açıqlama - YENİLƏNİB

Cüdoçu Elmar Qasımovun yığmaya qaytarılmasına millimizin yeni baş məşqçisi Mövlud Mirəliyev münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında xəbəri nə təsdiq, nə təkzib edib:

“Elmar Qasımovun yığmaya qaytarılması planda var. Ancaq hazırda o, milli ilə birgə deyil. Hazırda ailəsi ilə birgə ölkə xaricində istirahətdədir”.

***15:26
Cüdo üzrə Olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov yığmaya qaytarılıb.

Yeniavaz.com Oxu.az-a istinadən xəbər verir ki, Mövlud Mirəliyevin çalışdırıcısı olduğu yeni məşqçilər heyəti ona yığmada yenə şans vermək qərarına gəlib.

Hazırda Elmar Qasımov əsas komanda ilə birgə məşqlərdə iştirak edir.

Qeyd edək ki, idmançı daha çox sosial şəbəkələrdə paylaşımları ilə diqqəti özünə çəkmişdi. O, videolarında dolları eyvandan küçəyə səpələdiyini, dollarla özünü yellədiyini və ya bahalı kürü yediyini göstərirdi.

Azərbaycan Cüdo Federasiyası isə həm bu hərəkətlərinə, həm də zəif nəticələrinə görə onu iyunda yığmadan uzaqlaşdırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top