Əfqanıstandakı Azərbaycan sülhməramlılarla bağlı RƏSMİ AÇIQLAMA


Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top