Şirvanda "patı" və "şüşə" satan şəxs saxlanılıb - FOTO


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini, 45 yaşlı Fəxrəddin Mirzəyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" və "şüşə" adlanan psixotrop maddə maddə - metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top