Bakıda bu küçələrdə sıxlıq var - SİYAHI


Hazırda Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 
Sıxlıq müşahidə olunan küçələr bunlardır: 
Şah İsmayıl Xətai prospekti (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən,Əbdüləzəl Dəmirçizadə  küçəsi ilə kəsişməyə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospektinə çıxan yol) davamlı olaraq qısa müddətli sıxlıqlar müşahidə olunmaqdadır.
Alı Mustafayev küçəsi  -  Köməkçi yolda - Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir və demək olar ki, nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir. Səbəb olaraq, yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasını göstərmək olar.
Tbilisi prospekti – (20 Yanvar dairəsindən başlayaraq, əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər) şəhər istiqamətində sıxlıq müşahidə olunur.
Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşlar küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıq var.
Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən, Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top