Vətən müharibəsinin izləri - FOTOLAR


Vətən müharibəsini, erməni vəhşiliyini daim dünyaya çatdıran  azərbaycan əsilli fotoqraf Reza Diqqəti bu dəfə də müharibədən sonrakı görüntüləri lentə alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Reza Diqqəti öz “İnstagram” hesabında “Tarixin dərsləri” başlığı altında paylaşım edib. O, həmçinin müharibəni kənara qoyub, sülh bağlamağın vaxtı olduğunu da qeyd edib: 
“Mən Qarabağda iki müharibənin şahidi olmuşam. İlk olaraq 1992 -ci ildə erməni qüvvələri Azərbaycanın 20% -ni ələ keçirib, 30 minə yaxın mülki vətəndaşı qətlə yetirərək evlərini, bütün sahib olduqlarını ələ keçirib tarixi abidələri, ibadət və qəbiristanlıqlar də daxil olmaqla hər şeyi qəsdən məhv edib bir milyona yaxın əhalini ayaqyalın yurdlarından qovdular. 2020 -ci ildə baş verən müharibədə isə həmin qaçqınların oğulları tərəfindən erməni qüvvələrinin məğlub olduğunun şahidi oldum. Ermənilər minlərlə hərbçi və hərbi texnika itirdilər. İşğal etdikləri torpaqlardan qaçaraq on minlərlə hərbi geyimləri geridə buraxdılar. Ümid edirəm ki, bu tarix dərsi iki xalq arasında uzun müddətdir davam edən sülh müqaviləsi üçün bir səbəb olacaq”.



DİGƏR XƏBƏRLƏR

Top