Tanınmış jurnalist Səməd Məlikzadənin nəvəsi nüfuzlu universitetə qəbul olub - FOTOLAR


"Bir neçə gündür ürəyim sevinir! Nəvəm Ayla Nicat qızı Məlikova Türkiyənin Boğaziçi universitetinə qəbul olunub".
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Səməd Məlikzadə məlumat paylaşıb.
Nəvəsi Ayla Məlikovanın uğuru barədə məlumat paylaşan S.Məlikzadə bildirib ki, Ayla 10-cu sinifdə oxuyanda sovet respublikalarının məktəbliləri arasında keçirilən beynəlxalq ədəbi yazı müsabiqəsinə qatılıb və birinci yeri tutub:
“Onun "Salam, Bakı!" adlı yazısı Moskvada kitabça halında çap edilib. O, 17 yaşında Harvard universitetində tam təqaüdlə kurs keçərək 2 sertifikat alan ilk azərbaycanlıdır.
A. Məlikova Kolumbiya universitetinin yay düşərgəsində baş koordinator kimi (məsafəli) çalışıb. Hazırda “Model United Nations”un komitə rəhbəri olaraq Stanford universitetin beynəlxalq hüquq kursunda təhsil alır.
Ayla Boğaziçi universiteti ilə yanaşı, daha bir neçə universitetə qəbul olunub. O, isə arzusunda olduğu bu ali təhsil ocağını seçib”.
Qeyd edək ki, Səməd Məlikzadənin oğlu mərhum Nicat Məlikov də tanınmış jurnalist olub. N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. O 2018-ci ilin yanvar ayında 39 yaşında dünyasını dəyişib.


DİGƏR XƏBƏRLƏR

Top