Gəncədə koronavirus xəstəsi saxlanıldı - FOTO


Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv şəhər sakini olan xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk edərək şəhər ərazisinə şıxması aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin xanım yaşadığı evə göndərilib. Fakla bağlı ŞBPİ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top