Digər əfqanlar da hökumətin qurulmasında iştirak edə biləcək - “Taliban”


“Əfqanıstan inklüziv islam hökuməti dedikdə digər əfqanların da hökumətin bir hissəsi olacağını nəzərdə tuturuq”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Taliban”ın Qətərdəki siyasi ofisinin nümayəndəsi Süheyl Şahin “CNN” telekanalına deyib. O həmçinin bildirib ki, əvvəlki hökumətdən hansı məmurların yeni hökumətə daxil ediləcəyi barədə danışmaq tezdir. “Taliban” bəzi tanınmış simaların da hakimiyyətdə qalmasını istəyir. Süheyl Şahin əlavə edib ki, silahlarını yerə qoyaraq hərəkata qoşulan bütün hərbi qulluqçular və polis əməkdaşları bağışlanacaq və onların təhlükəsizlikləri təmin ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top