“Patı” əməliyyatında 11 nəfər saxlanıldı, birində silah aşkarlandı - FOTOLAR


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Zaur Hüseynov saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayılıb.
Verilən məlumata görə, keçirilən baxış zamanı onun üzərindən psixotrop maddə metamfetamin, yaşadığı evdən isə lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri E.Tağıyev, T.Mikayıllı, M.Əzimov, E.Mahmudov, İ.Şəfiyev, R.Rzayev, E.Abbaszadə, T.Rzayev, İ.Ələkbərov və F.Rzayev saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top