“Azərişıq” ASC-nin daha bir əməkdaşı iş başında öldü


Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yeniavaz.com-a rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, avqustun 10-u saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur da eyni səbəbdən dünyasını dəyişmişdi.

DİGƏR XƏBƏRLƏR

Top