Bakıda bu yollarda tıxac var - SİYAHI


Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, tıxac olan yollar aşağıdakılardır:
Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır.
Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).
Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə, nəqliyyat vasitələrinin çoxluğudur).
Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən, Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıqdır.

DİGƏR XƏBƏRLƏR

Top