“Taliban” güclü döyüşlər aparmadan Əfqanıstanda necə hakimiyyətə gəldi?


“Taliban” hərəkatı Əfqanıstan ordusu ilə 2020-ci ilin əvvəlindən danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post”da geniş məqalə dərc olunub. Məlumata görə, həmin danışıqlar zamanı “Taliban” Əfqanıstan təhlükəsizlik qüvvələri ilə müzakirələr apararaq,  pul müqabilində silah-sursatlarını təhvil almaq barədə razılıq əldə edib.
Bəzi mənbələrə görə, Əfqanıstanda hakimiyyət dəyişikliyinin bu şəkildə olacağı artıq bir il əvvəldən bilinirdi.
Qəzetin yazdığına görə, son bir il yarım vaxt ərzində “Taliban” xüsusən Əfqanıstan əyalətlərinin rəhbərləri və digər rəsmilərlə müxtəlif müqavilələr bağlayıb. Beləcə, hökumət qüvvələrinin “təslim olması” halları baş verdi. 
Qeyd edək ki, dünən “Taliban” Kabili döyüş olmadan ələ keçirdi və hakimiyyətə gəldi. Prezident Əşrəf Qani isə istefa verərək ölkəni tərk etdi.

DİGƏR XƏBƏRLƏR

Top