Minlərlə insan Kabili tərk edir – VİDEO


“Taliban” qüvvələrinin Əfqanıstanın paytaxtına daxil olması ilə minlərlə insan Kabili tərk edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, “Taliban”ın Kabili mühasirəyə alması ilə çox sayda Kabil sakini şəhəri tərk etməyə başlayıb. Bu səbəblə yollarda tıxaclar meydana gəlib.
Qeyd edək ki, bu gün “Taliban” silahlıları paytaxt Kabilə çatıb. Ölkənin daxili işlər naziri şəhərin dinc yolla təhvil verilməsinə razı olduğunu bildirilib. Daha sonra Əfqanıstan prezidenti Əşrəf Qani də açıqlama verərək istefa verməyə hazır olduğunu dilə gəririb. Hazırda onun ölkə xaricində olduğu iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top