Şəmkirdə ağır qəza - 2 qadın öldü


Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yasamal aşırımında qeydə alınıb.

“İnfiniti” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin iki sərnişini həyatını itirib. Onlar - 1938-ci il təvəllüdlü İsgəndərova Gisal Bayram qızı və 1961-ci il təvəllüdlü Nağıyeva Familə Bəhram qızıdır.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top