Əfqanıstanda nə baş verir, “Taliban”nın hədəfi nədir? – Politoloqdan AÇIQLAMA


Son aylarda “Taliban” silahlı qruplaşması Əfqanıstanın böyük bir hissəsini ələ keçirib. Bəzi məlumatlara görə artıq, paytaxt Kabilə daxil olub. Bu prosses hara qədər davam edəcək və nə ilə nəticələnəcək? “Taliban” irəliləməsi Azərbaycana necə təsir edəcək? Bu və digər suallarla bağlı politoloq Şahin Cəfərli ilə danışdıq.

Şahin Cəfərli Yeniavaz.com-a açıqlamasında bildirdi ki, “Taliban”ın məqsədi ABŞ və NATO qüvvələri çıxdığdan sonra bütün Əfqanıstanı nəzarətə götürməkdir:
“Hal-hazırda bir çox əyalətləri ələ keçirib. Son hədəf Kabili ələ keçirərək Əfqanıstanda hakimiyyətə qayıtmaqdır. Əfqanıstanın hökumət qüvvələri belə görünür ki, həm zəifdi, həm də motivasiyaları yoxdur. Halbuki, silahları və qüvvələri hərbi təchizatları kifayət qədər güclüdür. Ancaq, ”Taliban”ın qarşısında acizdilər”.
Politoloq bildirdi ki, xüsusən əyalətlərdə ”Taliban” hücum edən zaman onlar ya müqavimət göstərmədən təslim olurlar, ya da çox zəif müqavimət göstərirlər, “Taliban”ın qarşısında dura biləcək iradəyə sahib deyillər:
“Bununla bağlı ancaq təxminlər irəli sürmək olar. Əsas səbəb odur ki, ABŞ Əfqanıstanda 20 il davam edən  müharibənin səbəbini anlamaqda çətinlik çəkdi. Yəni, ictimaiyyət  ABŞ ordusunun  artıq oradan çıxarılmasını tələb edirdi. Bilirsiz, Donald Tramp prezident seçildikdən sonra bu istiqamətdə real addımlar atdı,”Taliban”la danışıqlara başlayaraq ABŞ əsgərlərinin çıxarılması ilə bağlı bir razılaşma imzalandı. Bayden hakimiyyətə gəldikdən sonra Trampın bu siyasətini davam etdirdi. Və həmin razılaşmaya sadiq qaldı və qüvvələri çıxardı.Yəni burda əsas məsələ ABŞ ictimai rəyinin bu 20 il uzanan muharibəni qəbul etməməsi və əsgərlərinin ordan çıxmasını tələb etməsi idi. İkinci səbəbə gəldikdə onu deyə bilərik ki, ABŞ ın əsas geopolitik rəqibi Çindir. Və bütün ABŞ-ın gücü və strategiyası Çinə qarşı mübarizəyə yönəlib. ABŞ Çin ətrafında bir qeyri sabitlik zolağı qurmağa çalışır. Bir neçə həftə bundan əvvəl “Taliban” rəsmiləri Rusiyanın xarici işlər naziri ilə görüş həyata keçirdi. Yayılan xəbərlərə görə “Taliban” söz verdi ki,Orta Asiya respublikalarına yəni Tacikstana, Özbəkistana  hücumlar etməyəcək. Ancaq Rusiyanın  orda ehtiyatlandığı  qüvvə təkcə “Taliban”  deyil. Rusiya orada İŞİD-in ,Əl Qaidənin yenidən  güclənə biləcəyindən ehtiyatlanır.  Bu baxımnan Əfqanıstandakı proseslər  Rusiyanıda ciddi narahat edir, və təsadüfi  deyil ki, Rusiya artıq Tacikistandakı hərbi kontingentini gücləndirir və son günlər Əfqanıstan  sərhədlərində intensiv  hərbi təlimlər keçirir. Rusiya hadisələrin  ən neqativ ssenaridə inkişafına  hazırlıq görür”
Şahin Cəfərli sonda bildirdi ki, “Taliban”ın irəlilələməsi Azərbaycan üçün ciddi təhlükə törətmir ancaq, başlayan qaçqın axınından biz də təsirlənə bilərik:
“Əfqanıstandan qaçqın axını başlayıb və bu axın İran vasitəsilə əsasən Türkiyəyə yönəlir. Azərbaycan sərhədlərinə də qaçqın axının gəlməsi istisna deyil. İran vasitəsilə bu köçün istiqaməti Azərbaycana da yönələ bilər. Digər tərəfdən Kabil hökuməti ilə Azərbaycanın əlaqələri kifayət qədər yüksək səviyyədədir. Və Beynəlxalq təşkilatlarda Əfqanıstan  hökuməti  Azərbaycanın təşəbbüslərinə hər zaman dəstək verib. O cümlədən, Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyib. Əgər “Taliban” hakimiyyəti ələ keçirərsə Azərbaycan “Taliban”la da münasibətlər qurmalı olacaq. Əgər belə bir hadisə baş verərsə Azərbaycan Pakistan vasitəsilə onlarla dialoq qura bilər”.
Aytac Xəlilova
 

DİGƏR XƏBƏRLƏR

Top