
"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb. Bildirik ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub".
Bu barədə Müdafiə Nazirliyindən Yeniavaz.com-a bildirilib.
"Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - deyə nazirlikdən əlavə edilib.
***11:14
Komada olan qazi 8 aydan sonra vəfat edib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, gizir Mirzə Balaqardaş oğlu Əhmədov qəhrəmancasına döyüşdüyü Vətən müharibəsində yaralandıqdan sonra komaya düşüb və 8 aydan sonra vəfat edib. O, doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində torpağa tapşırılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz