“Taliban” daha 2 şəhər və 1 sərhəd keçid məntəqəsini ələ keçirdi


“Taliban” qüvvələri Əfqanıstanda irəliləməkdə davam edir.
Yeniavaz.com
“reuters”ə istinadla xəbər verir ki, “Taliban” Əfqanıstanın Cəlalabad və Vardak əyalətinin inzibati mərkəzi olan Maidanşəhr şəhərlərini ələ keçirib. Silahlı birləşmə həmçinin Əfqanıstan-Pakistan sərhədindəki böyük Torxam sərhəd keçid məntəqəsini nəzarətə götürüb. Bu barədə “Taliban sözçüsü Zabihullah Mücahid məlumat yayıb.
Qeyd edək ki, ABŞ ordusu Əfqanıstandan çıxdıqdan sonra “Taliban” qüvvələri ölkənin şəhər və qəsəbələrində müharibə edərək nəzarəti ələ keçirməyə başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top