Türkiyədə sel səbəbilə ölənlərin sayı 62 oldu, 80-nə yaxın itkin var - YENİLƏNİB



Türkiyənin müxtəlif bölgələrində sel səbəbilə ölənlərin sayı 62 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb. Bildirilib ki, Kastamonuda 52, Sinopta 9, Bartında isə bir nəfər təbii fəlakət nəticəsində dünyasını dəyişib. 77 nəfər isə itkin düşüb.
Xilasetmə işləri davam etdirilir.

***10:12
Türkiyədə sel fəlakətindən ölənlərin sayı artıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. O bildirib ki, fəlakət bölgəsi Kastamonuda 48, Sinopta 9, Bartında isə bir nəfər dünyasını dəyişib. Sel qurbanlarının 15-nin kimliyi bilinmir. 77 nəfərin isə itkin olduğu vurğulanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top