Ötən gün Kürdəmirdə baş verən qəzada xəsarət alanlardan biri ölüb


Ötən gün Kürdəmirdə baş verən ağır yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, üç avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan biri – İmişli rayon sakini, 29 yaşlı Həsənli Günel Asif qızı müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılarkən yolda dünyasının dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, hadisə ötən gün Ağsu-Kürdəmir-İmişli yolunda, rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. Belə ki, üç "Hyundai" markalı minik maşınının toqquşması nəticəsində Bakı sakini, 44 yaşlı Qədirov Ceyhun Şakay oğlunun idarə etdiyi avtomobil tamamilə yanıb, sürücü xəsarət alıb. Digər avtomobildə olan bir ailənin beş üzvü – sürücü Həsənov Asim Asif oğlu və onun ailə üzvləri – Həsənli Nuranə Rüstəm qızı, Həsənli Günel Asif qızı, 6 yaşlı Həsənli Səid Asim oğlu və 3 yaşlı Həsənli Asif Asim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

DİGƏR XƏBƏRLƏR

Top