Kürdəmirdə ağır qəza: 3 nəfər ölüb, yaralılar var - FOTOLAR


Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes-Benz” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
İlkin məlumata görə, baş verən qəzada ölən və xəsarət alanlar bir ailə üzviləridirlər. Belə ki, hələlik şəxsiyyətləri məlum olmayan ata, ana və bir övladı ölüb, iki övladı isə xəsarət alıb. Zərərçəkənlər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top