35 il direktor işləmiş şəxs qəzada öldü - FOTO


Bu gün Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, qəsəbə ərazisində paytaxt sakinləri L.Abbasovanın və R.Quliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə R.Quliyevin sərnişini Həsən Qulamov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir sərnişin və hər iki sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada həlak olan 86 yaşlı H.Qulamov 35 il 209 nömrəli məktəbin direktoru olub.
Qəzada xəsarət alan digər sərnişin isə onun 80 yaşlı qardaşıdır. Onun da vəziyyətinin ağır olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top