Ailəsindən xəbərsiz şəhid adından "İnstagram"da pul yığılır – XƏBƏRDARLIQ – FOTO


Vətən Müharibəsindən sonra içərisində olduğu hərbi maşının minaya düşməsi nəticəsində şəhid olan baş leytenant Asəf Ağayevin adına açılmış “instagram” səhifəsindən istifadə edilərək şəhidlərin adlarının əbədiləşdirilməsi üçün pul yığılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə saytımıza şəhidin ailəsi məlumat verib. Belə ki, şəhidin adına olan "Sehid_Asef_Agayev" adlı “instagram” səhifəsindən onun izləyicilərinə aşağıdakı tərkibdə mesaj yönləndirilir: "Şəhidlərimizin şəkli apteklərin, marketlərin və s. yerlərə vurulacaq maddi kömək lazımdır. 10 azn, 15 azn köməklik edə bilərsiz zəhmət olmasa".

Şəhid Asəf Ağayevin ailəsi bu barədə artıq həmin səhifəyə xəbərdarlıq etdiklərini bildirdi: "Kimsə sizə Asəfin adından pul yığılır deyə yazıbsa, cavab verməyin. Pul yığan biz deyilik. Onun adına bir səhifə var: “aygun.agayev.asef”. Başqa səhifələri biz bilib işarələməyin. Kimdə həmin hesab varsa, çıxsın. Hamıya yazıb Asəfin adından pul istəyirlər. Görsəniz bloka atın, spam haqqında məlumat verin".
Qeyd edək ki, şəhid baş leytenant Asəf Ağayev Vətən Müharibəsinin ilk günündən sonuna kimi müharibədə iştirak edib. Müharibədən sonra 17 dekabr tarixində şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top