Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi şəhərində içməli su problem yaranıb.
Yeniavaz.com “sputnik armenia”ya istinadla xəbər verir ki, hazırda şəhər əhalisinin 30 faizi içməli suyun olmamasından əziyyət çəkir. Bildirilib ki, problem havaların isti keçməsindən qaynaqlanır.
Qeyd olunub ki, hazırda susuzluqdan əziyyət çəkən şəhər sakinlərinə gecə -gündüz su verən işçi qrup yaradılıb.