Körpəsini və özünü suya atan ana saxlanılıb - YENİLƏNİB


Avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar Rayon Prokurorluğundan Yeniavaz.com-a verilən verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atıb, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.

***13:10
Qaynarinfo-nun məlumatına görə, Gülər İmanzadə ailədə davamlı zorakılıq görüb.

Dünən gecə də evdə döyülən gəlin yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb. Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə boğulub.

Hadisə bu gün səhər, saat 7-8 arası baş verib. 

***12:10
Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top