Sərhəddəki Türkiyə və Azərbaycan bayrağı Ermənistandan da görünür... - FOTO


Türkiyənin İğdır bölgəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı sərhəd məntəqəsində 13 metr hündürlükdə Azərbaycan və Türkiyə bayraqları asılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dilucu sərhəd-keçid məntəqəsində qaldırılan bayraqlar Ermənistan ərazisindən də görünür.
Dilucu sərhəd-keçid məntəqəsində Azərbaycan və Türkiyə bayraqları daha əvvəl də qaldırılmışdı. Lakin indi bayraq dirəkləri yenilənib və daha hündür dirəklər basdırılıb. İğdır vilayəti Jandarma Komandanlığı tərəfindən qaldırılan bayraqları indi Ermənistan ərazisindən də görmək mümkündür. Bayraq abidəsi üzərinə Mustafa Kamal Atatürkün, Heydər Əliyevin və Məmməd Əmin Rəsulzadənin sözləri yazılıb. Naxçıvanla Türkiyə arasında gedib-gələnlər bu bayraq abidəsinə görə Jandarma Komandanlığına təşəkkür edirlər. Onlar deyirlər ki, yazılan yazıları və dalğalanan bayraqları görməkdən məmnundurlar.

 

DİGƏR XƏBƏRLƏR

Top