![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/8/14/1/ddd7ced3-7739-4d96-88e8-26b64d16ba4d/vaqif-eliyev_637645312114750218.jpg)
Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu haqda axşam.az-a aktyorun yaxınları xəbər verib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasının dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub.
Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. 2000- ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.