Azərbaycanlı sənətçi zarafata görə Moskvada həbs edildi - Digər sənətçilər müdafiəsinə qalxdı - VİDEO


Avqustun 10-da Moskvanın Taqanski Rayon Məhkəməsi azərbaycanlı komediyaçı İdrak Mirzəlizadənin barəsində 10 gün həbs qərarı verib.

Yeniavaz.com rus mediasına istinadən xəbər verir ki, İ.Mirzəlizadənin ruslar barədə etdiyi zarafat səbəb kimi göstərilib .Komediyaçı çıxışlarının birində slavyan olmayan bir şəxs üçün Rusiyada mənzil kirayələməyin çətinlikləri barədə danışıb. Mirzəlizadə qardaşı ilə birlikdə rusların ondan əvvəl kirayələdiyi mənzilə necə girdiyini və nəcislə ləkələnmiş bir döşək tapdığını deyib. "Görünür, ruslar nəcisə bulaşıb yatırlar" deyə o zarafat edib.

Bu zarafatın son hissəsi kəsilərək sosial şəbəkələrdə paylaşılıb və Mirzəlizadə rusofobiyada ittiham olunub. Teleaparıcı Vladimir Solovyov komediyaçını "kir" adlandırıb və ona qarşı nifrətə təhrik etmə maddəsi ilə cinayət işi açılmasını istəyib (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282 -ci maddəsi). İyulun 27 -də komediyaçı Moskvanın mərkəzində döyüldüyünü açıqlayıb.

Ekspertiza Mirzəlizadənin sözlərində bir qrup şəxsin milli zəmində alçaldılması əlamətlərini aşkar edərək o, prokurorluğa çağırılıb. Məhkəmə iclası zamanı Mirzəlizadə özünü təqsirli bilməyib, "kontekstdən çıxarılan hissəyə görə" isə üzr istəyib.

Müxtəlif millətlərdən olan bir çox rus komediyaçıları, ruslarla bağlı bir zarafata görə 10 gün həbs edilən İdrak Mirzəlizadəni dəstəkləmək üçün video mesaj yayımlayıblar.

"Zarafat üçün azadlığınızı həbs edə bilməzsiniz. Zarafatlara görə həbs olunmaq, elmi nəzəriyyələrə görə həbsdən əvvəl sonuncu addımdır. Məhkəmənin ona  qoyduğu bu on gün qorxunc bir cəza deyil, dəhşətli bir presedentdir", komediyaçılar deyib.

Videonun sonunda çəkiliş iştirakçıları "İdrak düşmən deyil" ifadəsini təkrarlayıb.

DİGƏR XƏBƏRLƏR

Top