"Taliban" Kabilin 50 kilometrliyinə çatdı – Əfqanıstan hökumətindən AÇIQLAMA


Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh "Taliban" hərəkatının təklif etdiyi heç bir razılaşmanı qəbul etməyəcəklərini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın 1TV telekanalı məlumat yayıb. Saleh vəziyyəti dəyişdirəcəklərini  və “Taliban”ın məğlub ediləcəyinə əmin olduğunu vurğulayıb. O həmçinin bildirib ki, silahlı qruplaşmanın heç bir şərti qəbul edilməyəcək.
"Taliban" sözçüsü Zabihullah Mücahid isə verdiyi açıqlamasında Kabilin hakimiyyəti bölüşmək və atəşkəs təklifini qəbul etməyəcəklərini deyib. O, məqsədlərinin xarici müdaxiləyə son qoymaq və ölkədə bir İslam hökuməti qurmaq olduğunu dilə gətirib.
Verilən sonuncu məlumatlara görə, "Taliban" Əfqanıstanın paytaxtı Kabilin 50 kilometrliyində yerləşən Loqar əyalətinin Puli Alam şəhərini də ələ keçirib. Lakin şəhərdə döyüşlər davam edib. 
Qeyd edək ki, "Taliban"la Əfqanıstan hökuməti arasında ölkənin 34 əyalətindən 32 -də döyüşlər gedir. "Associated Press"in xəbərinə görə, “Taliban” döyüşçüləri artıq Əfqanıstanın üçdə ikisinə nəzarət edir.

DİGƏR XƏBƏRLƏR

Top