Yanan 38 minlik şam ağacı ilə bağlı sənədlər prokurorluğa göndərildi


“Bir neçə gün əvvəl Xətai rayonu, Vunqtau küçəsində yaşıllıq ərazidə baş verən yanğınla bağlı aparılan araşdırmalar başa çatıb”.

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

Onun sözlərinə görə, yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan dəydiyi hesablanıb.

V. Cavadov qeyd edib ki, yanğının qəsdən törədilməsində şübhələr olduğu və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış sənədlər Xətai rayon Prokurorluğuna göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top