Tank bölmələrimiz intensiv döyüş hazırlığı məşğələlərinə başladı - VİDEO


2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.

Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.

DİGƏR XƏBƏRLƏR

Top