Koronavirus şübhəsi olanlar metroya girişdə yoxlanılır - RƏSMİ


“Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır”.

Yeniavaz.com xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır: “Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.
Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID-19 pasportunun olub-olmadığını soruşur.

DİGƏR XƏBƏRLƏR

Top