Moskvada bəzi koronavirus məhdudiyyətləri ləğv edildi


Rusiyanın paytaxtı Moskvada COVID-19 pandemiyası səbəbilə tətbiq edilən bəzi məhdudiyyətlər ləğv edilib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb. Belə ki, bu gündən etibarən 65 yaşdan yuxarı və xroniki xəstəliklərdən əziyyət çəkən işçilər də daxil olmaqla, müəssisə və təşkilatların işçilərinin ən azı 30 faizinin uzaqdan iş rejimində çalışmasına dair məcburi tələb ləğv edilib. Bununla yanaşı, işçilərin təşkilatlardan mümkün olduğu qədər uzaq olması tövsiyə edilib. Hər 15 gündən bir işçilərin ən az on faizinin koronavirus üçün müntəzəm test tələbi də ləğv olunub. Qapalı pavilyonları, zooparkları ziyarət etməklə bağlı məhdudiyyətlər götürülüb.
Teatrlar, kino və konsertlərlə bağlı məhdudiyyətlər isə hələlik qalmaqdadır.

DİGƏR XƏBƏRLƏR

Top