Soydaşlarımız Finlandiyada “Neftçi”ni tək qoymadılar


Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyada yaşayan azərbaycanlılar “HİK” – “Neftçi” futbol klublarının görüşünü izləyiblər.
Diaspora Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Helsinki şəhərinin “Bolt Arena” stadionunda keçirilən oyun zamanı həmvətənlərimiz üçrəngli bayraqlarımızı dalğalandırıb, "Azərbaycan", "Neftçi" və sair şüarları səsləndiriblər.
Görüşdən sonra milli komandanın azarkeşləri mübarizəni UEFA Konfrans Liqasının “play-off” mərhələsində davam etdirəcək “Neftçi”yə müvəffəqiyyətlər arzulayıblar.  

DİGƏR XƏBƏRLƏR

Top