“Taliban” İran konsulluğunun yerləşdiyi məhəlləni ələ keçirdi – KİV


“Taliban” Əfqanıstanın daha beş əyalətinə nəzarəti ələ aldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi öz tvitter səhifəsində məlumat yayıb. Ələ keçirilən əyalətlərin Herat, Badqis, Qore, Helmand və Kandahar olduğu bildirilib.
“Tasnim” agentliyinin yaydığı başqa bir xəbərə görə, “Taliban” Heratda İranın baş konsulluğunun yerləşdiyi məhəlləni də ələ keçirib. Binanın içərisində diplomatlar və qurumun əməkdaşlarının olduğu deyilib. Məlumata görə, “Taliban” diplomatların və baş konsulluğun digər üzvlərinin təhlükəsizliyini təmin etməyə söz verib.
Eyni zamanda, Əfqanıstan Müdafiə Nazirliyi rəsmi tvitter səhifəsində, ölkənin silahlı qüvvələrinin son bir gündə 202 “Taliban” yaraqlısının zərərsizləşdirildiyini qeyd edib. “Taliban” hərəkatının bu cür bəyanatlarının isə heç birinin doğru olmadığı deyilib.

DİGƏR XƏBƏRLƏR

Top