230 ildən sonra ABŞ-da ilk dəfə ağdərililərin sayı bu qədər azaldı


1790-cı ildə ABŞ-da siyahıyaalma başladıqdan sonra ilk dəfə ağdərili amerikalıların sayı rekord sayda azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosunun məlumatlarına istinadən “The Washington Post” qəzeti məlumat yayıb. Qeyd olunub ki, 2020-ci ildə aparılan siyahıyaalma nəticələrinə görə, ABŞ-da ağdərililərin sayı 204,3 milyon nəfərə düşüb. 2010-cu ildə bu rəqəm 223,6 milyon nəfər idi. Beləcə, azalmanın 8,6 faizə yüksəldiyi vurğulanıb.
Vaşinqtondakı “Brookings” institutunun demoqrafiya mütəxəssisi Uiliyam Freyə görə, ağdərililərin azalmasının səbəbi ABŞ-ın maliyyə və iqtisadi böhranından sonra doğum nisbətinin azalmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top