Yaponiyada ehtimal edilən daşqınlara görə 3 milyon sakin təxliyə edilir


Yaponiya rəsmiləri torpaq sürüşməsi və çayların daşmasına səbəb ola biləcək leysan yağışlarına görə təxminən 3 milyon sakininin təxliyə edilməsi barədə əmr verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Qərarın Fukuoka, Saqa, Naqasaki, Kumamoto, Oita və Kaqoşima, eləcə də qərbi Xirosima və Şimanenin cənub-qərb prefekturalarının bir sıra yerlərinə aiddir. Bu bölgələrdə uzun müddət davam edəcək leysanların şənbə gününün sonuna qədər davam edəcəyi, gündə 300 mm-ə qədər yağış yağacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top