Azərbaycanda keçmiş deputat vəfat edib - FOTO


Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, 70 yaşında dünyasını dəyişən T. Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1999-2000-ci illərdə Milli Məclisin üzvü olub.

DİGƏR XƏBƏRLƏR

Top