Yeddi nəfər dənizdə xilas edilib


Bu gün yeddi nəfər batma təhlükəsi ilə üzləşib.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Yevlax”, “Şüvəlan”, “Goradil” və “Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən yeddi nəfər xilas olunub.

DİGƏR XƏBƏRLƏR

Top