
ABŞ -ın Əfqanıstandakı səfirliyi ölkədəki vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı diplomatik nümayəndəliyinin yaydığı məlumatda deyilir:
"ABŞ səfirliyi vətəndaşların Əfqanıstanı dərhal tərk etməyə çağırır. Təhlükəsizlik şəraiti və işçilərin sayının azalması səbəbindən səfirliyin Əfqanıstandakı ABŞ vətəndaşlarına kömək imkanları hətta, Kabul bölgəsində belə məhduddur".
Xatırladaq ki, ABŞ ordusunun Əfqanıstanı tərk etməsi ilə hökumət qüvvələri ilə “Taliban” arasında müharibə başlayıb.