Ceyranbatan su anbarındakı yanğın söndürüldü - FOTO - YENİLƏNİB

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Ceyranbatan gölünün yaxınlığında baş verən yanğın qısa müddət ərzində söndürülüb.

***18:18
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Hazırda Ceyranbatan su anbarının ətrafındakı ağaclıq və kol-kos ərazi yanır.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Məlumatı FHN-dən "report"a təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top