Mingəçevirdə ağac qəfəsə salınıb - FOTO


Bir neçə müdətdir ki, sosial şəbəkələrdə Kürün sahilindəki obyektlərdən birinin ərazisində qəfəsə salınmış iri gövdəli ağacın fotosu yayılıb.
Məsələ ilə yaxından tanış olduq. Kür sahilində "İnci" adlanan kafenin ərazisindəki ağac həmin ərazinin sırasında olduğu üçün tikinti zamanı qəfəsə salınıb. Bundan əlavə belə bir ağac şəhərin M.Maqamayev 4 ünvanında olduğu da bildirildi. Bu kimi hallar da ağacın böyüməsinə və inkişafına mane olur. Bununla bağlı Mingəçevir 8 saylı Regional Ekologiya idarəsinə müraciət etdik. İdarədən Yeniavaz.com-a bildirildi ki, məsələ ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top