Meksikada yeni növ koronavirus səbəbilə ölənlərin sayı 246 mini keçib.
Yeniavaz.com "AA"ya istinadla xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi xəbər yayıb. Verilən məlumata görə, son 24 saatda 22 min 711 nəfər COVID-19-a yoluxub, 727 nəfər isə ölüb.
Verilən məlumata görə, əhalisi 126 milyondan çox olan Meksika dünyada virusun ən çox yayıldığı 15-ci ölkə siyahısındadır.
Qeyd edək ki, Meksikada yeni növ koronavirusa yoluxanların ümumi sayı 3 milyon 20 min 596 nəfər, ölənlərin sayı isə 246 min 203 nəfərdir. 2 milyon 375 min 211 nəfər isə müalicə alaraq sağalıb.
Aytac Xəlilova