Ərdoğan fəaliyyəti başa çatan Azərbaycan səfirini qəbul edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə diplomatik fəaliyyəti başa çatan Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səfir özünün tvitter səhifəsində yazıb:
“Qardaş Türkiyədə Azərbaycanın səfiri olaraq işlədiyim dönəmdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən ayrılmadan öncə də məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, Cənab Prezident!”.
Qeyd edək ki, X.İbrahim Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top